Kim Çen Inın bacısı Kim Yo Çjon “dünyanın ən təhlükəli qadınıdır”.
KONKRET.az xəbər verir ki, bunu Şimali Koreyalı ekspert Sung Yun Lee Fox News Digital-a deyib.
“Mən iddia edərdim ki, Kim Yo Çjon bütün dünya tarixində dünyanın ən təhlükəli qadınıdır”, – Lee bildirib.
“Nisbətən gənc olsa da o, şübhəsiz ki, öz millətinin kobud, şovinist, kişi dominant fasadına daha yumşaq obraz gətirən qadındır”, – ekspert qeyd edib.
Kim Yo Çjon ilk dəfə 2011-ci ildə atası Kim Çen İr ilə birlikdə ictimaiyyət qarşısında çıxış etdi, lakin Cənubi Koreyanın Pxenyan şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunlarında iştirak edənə qədər əsasən arxa planda qaldı. Bir neçə ay sonra o, qardaşını Cənubi Koreya prezidenti Mun Çje İnlə tarixi zirvə görüşündə müşayiət etdi.
Bu yaxınlarda isə o, qardaşını Rusiyada, keçirilən sammitdə müşayiət etdi.
Qeyd edək ki, ekspertlər Çjon-u qardaşının mümkün varisi kimi görürlər.
Ariz Həsənoğlu,
KONKRET.az