Dünyanın ən uzun asma körpüsü bu ölkədə tikiləcəkbackend

Dünyanın ən uzun asma körpüsü bu ölkədə tikiləcək

Dünyanın ən uzun asma körpüsü İtaliyada tikiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, uzunluğu 3,2 kilometr olacaq körpü Siciliya adası ilə ölkənin materik hissəsi arasında inşa olunacaq. Bir aşırımlı körpünün tikintisinə 2024-cü ildə başlanacaq.

Nəşrin məlumatına görə, körpünün dizaynı qədim romalılar tərəfindən hazırlanıb və hazırkı İtaliya hökuməti tərəfindən dəfələrlə müzakirə olunub. Martın 16-da hökumət körpünün tikintisinə icazə verən fərmanı təsdiqləyib.

Qeyd edək ki, əvvəllər layihənin həyata keçirilməsinə maliyyə və geoloji problemlər mane olurdu.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*