Dünyanın ən yaxşı beş tankının siyahısı – İsrailin “Merkava V” tankı birincidirbackend

Dünyanın ən yaxşı beş tankının siyahısı - İsrailin “Merkava V” tankı birincidir

“Jurnal The National Interest” jurnalı  dünyanın ən yaxşı tanklarının reytinqini təqdim edib.

KONKRET.az xəbər verir ki, amerikalı hərbi analitik Piter Suçiunun fikrincə, birinci yeri İsrailin “Merkava V” tankı tutur. Ekipajın yüksək mühafizəsini təmin edən və digər zirehli texniki imkanlara malik bu tank ən yaxşılardan hesab olunur. Döyüş maşını aktiv mühafizə sisteminin mövcudluğuna görə dünyada əvəzolunmazdır. Reytinqdə ikinci yerdə Rusiyanın “T-14 Armata” tankıdır. Üçüncü yerdə isə Rusiyanın “T-90M Proryv” tankının adı çəkilir. “T-90M” yüksək qoruma, əla hərəkətlilik və sərrast atəş gücünə malikdir.

Amerikanın “M1A2 Abrams SEPv3” tankı siyahıda 4-cüdür. Bu tank ABŞ ordusunda xidmətə qəbul edilən son modifikasiyadır və güclü mühərrik, eləcə də effektiv silahla təchiz olunub. Beşinci yeri Cənubi Koreyanın “K2 Qara Panterası” tutur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*