Dünyasını dəyişən şəxslərin kimliyini bu cür öyrənəcəksiniz – Qəbir daşları ilə bağlı yenilik…backend

Dünyasını dəyişən şəxslərin kimliyini bu cür öyrənəcəksiniz - Qəbir daşları ilə bağlı yenilik...

Ankarada tətbiq edilən yeni layihə çərçivəsində qəbir daşlarına əlavə edilən QR kodlar vasitəsilə vətəndaşlar dünyasını dəyişən yaxınlarının və ya ev heyvanlarının xatirələrini virtual mühitə daşıya bilirlər. Maraqlıdır, bu ideya Azərbaycanda necə qarşılanar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu məsələyə cəmiyyətdə ikili yanaşma olacaq:

“Bir tərəfdən yeni nəsil texnologiyalara daha açıqdır, onlar üçün belə bir yenilik maraqlı görünə bilər. Digər tərəfdən isə əvvəlki nəsil daha mühafizəkar düşüncəyə malikdir və qəbir daşlarına texnologiyanın gətirilməsinə qarşı çıxacaq. Çünki qəbir üzərində ənənəvi olaraq Quran oxunması, duaların edilməsi və sükutla xatırlama ön plandadır”.

İlahiyyatçı qeyd edib ki, QR kod sistemi vasitəsilə mərhumların həyat hekayəsi, kimliyi, şəxsiyyətinə dair məlumatlar paylaşılacaq və bu, gələcək nəsillər üçün də əhəmiyyətli ola bilər:

“Şəriət baxımından bunun hər hansı haramlığı və ya yasaqlığı yoxdur. Sadəcə, orada yerləşdirilən məlumatların düzgün olması vacibdir. Yəni iftira, günah və ya yalan yox, şəxsin kimliyinə aid real faktlar yer almalıdır. Böyük ehtimalla Azərbaycanda da bu ideya qəbul olunacaq, lakin maraqlananlar və maraqlı olmayanlar arasında fikir ayrılığı müşahidə ediləcək”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*