“Düşmən artıq İrəvana tərəf gəlir” – Erməni generalın İSTERİKASIbackend

“Düşmən artıq İrəvana tərəf gəlir" - Erməni generalın İSTERİKASI

“Düşmən artıq İrəvana tərəf gəlir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi və müdafiə naziri vəzifəsini icra edən general-leytenant Norat Ter-Qriqoryants deyib. O, Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan ordusunu döyüş qabiliyyətindən məhrum etdiyini bildirib.

“Sizə xəbərdarlıq edirəm, Paşinyan Ermənistan Respublikasının silahlı qüvvələrinin döyüş qabiliyyətini məhv etdi, onun mənim yaratdığım strukturunu dəyişdi.

Düşmənin Qarabağı və Ermənistanı işğal etmək üçün öz planı var. O, artıq İrəvana yollanır. Ordu NATO standartlarına uyğun hazırlanır”, – deyə Ter-Qriqoryants bildirib.

Qeyd edək ki, erməni generalın qorxuları tamamilə əsassız deyil. Azərbaycan Silahlı Qüvvələri İrəvana daxil olmaq fikrində olmasa da, Azərbaycan ordusunu ən qabaqcıl standartlara uyğun qurur, müasir silahlarla təchiz edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*