“Düşmən dəyişməyib, onlarla dinc yanaşı yaşamaq mümkün deyil” – Qarabağ separatçısıbackend

"Düşmən dəyişməyib, onlarla dinc yanaşı yaşamaq mümkün deyil" - Qarabağ separatçısı

Erməni tələbələr İrəvanda etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, Qarabağdan olan erməni tələbələr səhər saatlarından etibarən Ermənistandakı beynəlxalq səfirliklər qarşısında  aksiyalara başlayıblar. Onlar “Azərbaycanın hərəkətlərinə qiymət verilməsini” tələb edirlər.

“Hamı sülh istəyir, amma azərbaycanlılarla yaşamaq mümkün deyil. Düşmən dəyişməyib və onlarla dinc yanaşı yaşamaq mümkünsüzdür”, –  deyə erməni tələbə çərənləyib.

Separatçı tələbələr bunu Rusiyanın Ermənistandakı səfirliyinə məktub təhvil verdikdən sonra jurnalistlərə deyiblər.

P.S. Atalar demişkən, “Meymun baxar güzgüyə, adın qoyar özgəyə”. Elə gözümüz gecə-gündüz atır ermənilərdən ötrü. Yenə Atalar sözü yerinə düşür: “Qonşun pisdir, köç qurtar”. Məcbur saxlamırıq ki.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*