DYP-dən 300 minlik TENDER – Qalib bu şirkət oldubackend

DYP-dən 300 minlik TENDER – Qalib bu şirkət oldu

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

KONKRET.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Kaspi Engineering” MMC (VÖEN – 3104321481) olub.

“Kaspi Engineering” MMC DYP-yə onların xidməti istifadəsində olan xüsusi ləvazimatlar satacaq. DYP əməkdaşlarının xidməti istifadəsi üçün xüsusi ləvazimatlardan ibarət hadisə çantaları, dərman qutuları, cəsəd torbaları, sərxoşluq dərəcəsini müəyyən edən cihaz üçün müştüklər, həmçinin “Drug Test 5000” narkotik maddələrin analizi cihazının müştükləri olmaqla, ümumilikdə, 25 adda ləvazimat alacaq. Alınacaq mallar üçün DYP qalib şirkətə ümumilikdə 297 min 242 manat ödəyəcək.

Qeyd edək ki, “Kaspi Engineering” MMC təxminən bir il əvvəl – 16.06.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir ev 42A-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məlikov Elxan Cəmil oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*