DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdibackend

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarənin rəsmisi Mübariz Ağayev KONKRET.az-a bildirib ki, dumanlı hava yollarda təhlükə yarada bilər.

​”Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də ​ dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*