Ebru Gündeşin boşanma məhkəsməsində ŞOK İDDİA: Əri Hadisə ilə eşq yaşadıbackend

Ebru Gündeşin boşanma məhkəsməsində ŞOK İDDİA: Əri Hadisə ilə eşq yaşadı

Türkiyəli məşhur müğənni Ebru Gündeş 2010-cu ildə evləndiyi azərbaycanlı iş adamı Reza Zarrabdan boşanmaq üçün məhkəmə iddiasında ərinin başqa qadınlarla münasibətdə olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, buna həm qızının, həm də qızının dayəsinin şahid olduğunu, özünün də başqa mənbələrdən öyrəndiyini deyib.

“Hürriyet”in müxbiri İsmail Bayrak Gündeşin bəhs etdiyi qadının proqramda bir yerdə münsif olduğu tanınmış türkiyəli müğənni Hadise olduğunu bildirib. Məlumata görə, Hadise ilə Zərrab ABŞ-da dəfələrlə bir yerdə görünüblər. Cütlüyün sonuncu dəfə 2019-cu ildə ABŞ-a gedərək orada görüşdüyü bildirilib.

Hadise ABŞ-dan qayıdarkən məşhur brendlərdən geyimlərini paylaşmışdı. Bu paltarların Reza Zərrab tərəfindən hədiyyə edildiyi deyilir.

Hadisənin “Küçük bir yol” mahnısının klipində geyindiyi 146 min lira (30,7 min manat) dəyərində geyimin də Zərrab tərəfindən hədiyyə olunduğu bildirilir. Azərbaycanlı biznesmenin məşhur müğənniyə çoxlu brilliant zinət əşyaları da aldığı vurğulanıb.

Aktyor Kaan Yıldırım ilə eşq yaşayan Hadisə isə hələ ki, bu iddialar barədə açıqlama verməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*