Ədalət Partiyasının faktiki sədri kimdir? – AÇIQLAMAbackend

Ədalət Partiyasının faktiki sədri kimdir? - AÇIQLAMA

“Hazırda Ədalət Partiyasının sədri mənəm”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Mütəllim Rəhimli deyib. O bildirib ki, hazırda Ədalət Partiyasının legitim rəhbəri özüdür:

“Biz Ədliyyə Nazirliyindən bununla bağlı çıxarış almışıq. Vaxtilə mənim sədr olmağıma etiraz edən və uzaqlaşdırılmağımı istəyən 5 nəfər partiyadan gedib”.

Xatırladaq ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib. Partiyanın 17 may tarixində keçirilmiş IX qurultayında Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib. Lakin həmin vaxtdan 1 ay öncə mətbuatda M.Rəhimli Ədalət Partiyasından kənarlaşdırılması ilə bağlı xəbərlər yer alıb. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*