Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı AÇIQLANDI – FOTObackend

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı AÇIQLANDI - FOTO

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransız yazıçısı Anni Erno Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub.

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub. O, bu mükafatı “müstəmləkəçiliyin nəticələrinin və qaçqınların taleyinin mərhəmətli tədqiqinə” görə alıb. 2020-ci il Nobel mükafatı isə amerikalı şair Luiza Qlükə verilib .

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*