Edvard Snouden Rusiya pasportu aldıbackend

Edvard Snouden Rusiya pasportu aldı

ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden Rusiya pasportu alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Snoudenin vəkili Anatoliy Kuçeren açıqlayıb.

Onun sözlərinə görə, Snoudenin həyat yoldaşı da Rusiya pasportu almaq üçün müraciət etməyə hazırlaşır.

Xatırladaq ki, Snouden cari ilin sentyabr ayında Rusiya vətəndaşlığı alıb.

Qeyd edək ki, Edvard Snouden Amerika Milli Təhlükəsizlik Agentliyinin aparıcı əməkdaşlarından olub. O, 2013-cü ildə ABŞ xüsusi xidmətlərinin fəaliyyətləri barədə məlumatları ictimailəşdirməklə bütün dünyanın gündəminə gəlib. ABŞ-da onu uzunmüddətli həbs gözlədiyindən o, hazırda Rusiyada yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*