ƏƏSMN-in qurumlarını “yedirdən” fiziki şəxs Ziyafət Fərzəliyev kimdir?backend

ƏƏSMN-in qurumlarını "yedirdən" fiziki şəxs Ziyafət Fərzəliyev kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyindəki müəssisələrin hazır yeməklə təmin edilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.

KONKRET.az dövlət satınalmalarının vahid internet portalındakı məlumata istinadən xəbər verir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevdir.

Qalib şirkətə 978 min manat ödəniləcək.

Xatırladaq ki, ötən ilin dekabrında ƏƏSMN-in başqa bir qurumu – Sosial Xidmətlər Agentliyi eyni məqsədlə tender keçirib. 6 milyon manatlıq tenderin qalibi yenə fiziki şəxs Fərzəliyev Ziyafət İsa oğlu olub.

Onu da qeyd edək ki, həmin müqavilədə qurumun tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*