Almaniyada qeyri-kommersiya təşkilatı “Axel Springer Freedom Foundation” adı açıqlanmayan əfqan qadına cəsarət mükafatı verildiyini elan edib.
KONKRET.az xarici mediya istinadən xəbər verir ki, qadın Əfqanıstanda qızlar üçün gizli yeraltı məktəblər şəbəkəsi yaratdığından təhlükəsizlik baxımından mükafatçının adı açıqlana bilməz.
Mükafat demokratiya və azadlığa müstəsna töhfələr verən insanlara verilir.
Qeyd edək ki, Əfqanıstan dünyada qızların altıncı sinfi bitirdikdən sonra məktəbə getməsinin rəsmən qadağan edildiyi yeganə ölkədir. Bu qadağa radikal Taliban hərəkatı tərəfindən 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirdikdən sonra tətbiq edilib. Qərara yerli icma fəalları, beynəlxalq təşkilatlar və xarici siyasətçilər etiraz ediblər, lakin Taliban hələ də yeniyetmə qızların məktəblərə getməsinə icazə vermir.
“Mənim üçün ən ağrılı ədalətsizlik odur ki, Əfqanıstanda qadınların məzlum vəziyyəti haqqında açıq danışa bilmirəm. Özümü təhlükəyə atmaq qorxusundan bu özəl günü ailəmlə belə qeyd edə bilmirəm. Mən cəsarətə görə mükafatı şəxsən qəbul etmək və ölkəmə fəxrlə qayıtmaq istərdim. Bu diqqət məni daha da çox işləməyə həvəsləndirəcək”, – deyə mükafat sahibinin mükafatlandırma mərasimindəki nitqində belə deyilir.
Mükafat Əfqanıstanda qadın robototexnika komandasının həmtəsisçisi Röya Məhbuba verilib.
Əlavə edək ki, “Freedom Foundation Prize for Courage”in pul dəyəri 50 min avrodur.
Natiq Səlim,
KONKRET.az