Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: “Kömək istəyirlər”backend

Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: “Kömək istəyirlər”

Əfqanıstanlı etnik azərbaycanlılar yenidən Bakıdan onları xilas etmələrini xahiş edirlər.

KONKRET.az-ın məlumatına görə, Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur bildirib ki, Taliban tərəfindən ələ keçirilən Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır.

O bildirib ki, onlardan 500-ü keçmiş yerli məmurlardır:

“Bu baxımdan ailə üzvlərinin həyatı xüsusilə təhlükədədir”.

Diaspor nümayəndəsi Azərbaycandan xahiş edir ki, Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanları bir müddət bu ölkədən çıxarsın.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*