Naməlum şəxslər Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.
Bildirilib ki, Mürsəl Nəbizadə gecə saatlarında Kabilin şərqindəki evində öldürülüb. Hücum zamanı keçmiş deputatın qardaşı da yaralanıb.
Kabil polis idarəsinin katibi Xalid Zadran qətllə bağlı məlumatı təsdiqləyib.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.