Əfqanıstanda qanunsuz silah gəzdirmək qadağan olundubackend

Əfqanıstanda qanunsuz silah gəzdirmək qadağan olundu

Əfqanıstanda Daxili İşlər Nazirliyinin xüsusi icazəsi olmadan silah və sursatların saxlanmasını və daşınmasını qadağan edən qərar qəbul edilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  bu barədə departamentin “X” səhifəsində  məlumat verilir. Bu qərar “Əfqanıstan İslam Əmirliyinin (Talibanın istifadə etdiyi dövlətin adı – TASS-ın qeydi) bütün məmurlarına, mücahidlərinə, işçilərinə və adi vətəndaşlarına” şamil ediləcək. Yalnız Daxili İşlər Nazirliyindən xüsusi lisenziya almış şəxslərə silah daşımağa icazə veriləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*