Əfqanıstanda şaxta səbəbilə 26 nəfər öldübackend

Əfqanıstanda şaxta səbəbilə 26 nəfər öldü

Əfqanıstanda soyuq hava səbəbindən azı 26 nəfər həyatını itirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında insan tələfatı artır.

Temperaturun mənfi 20 dərəcəyə endiyi ölkədə azı 4 min iribuynuzlu heyvanın da tələf olduğu bildirilir.

Qəndəhar vilayətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarda soyuq hava şəraiti ilə əlaqədar azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunur.

Həmçinin, soyuq hava səbəbindən bir çox rayonlarda minlərlə hektar kənd təsərrüfatı sahəsi və yüzlərlə istixana da zərər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*