Əfqanıstanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 62 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.