Taliban qüvvələri Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Salehin iqamətgahında 6 milyon dollar pul və 15 qızıl külçə tapıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, taliblər pul və qızılların görüntülərini internetdə nümayiş etdiriblər.