“Əgər biz dediyimiz olmasa, demarkasiya və delimitasiya prosesi qeyri-qanuni hesab olunacaq”backend

"Əgər biz dediyimiz olmasa, demarkasiya və delimitasiya prosesi qeyri-qanuni hesab olunacaq"

“Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası 1926-cı il xəritəsi ilə aparılmalıdır, çünki hüquqi cəhətdən yalnız həmin xəritə iki dövlətin sərhədlərini ayırmaq və çəkmək üçün etibarlıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Artur Qazinyan öz özünün Facebook səhifəsində yazıb:

“SSRİ-yə daxil olan zaman Ermənistan və Azərbaycanın sərhədləri ilk dəfə 1926-cı ildə ayrılmış və çəkilmişdir (hazırda başqa məlumat yoxdur) və sərhədlərdə sonrakı dəyişikliklər ciddi şəkildə şərti və formal xarakter daşıyırdı. SSRİ-nin tərkibinə daxil olmuş respublikaların İnzibati sərhədlərinin statusu heç vaxt dövlət sərhədlərinin dəyişdirilməsi kimi qəbul edilə bilməz.

Hüquqi nöqteyi-nəzərdən dövlət sərhədinin 1976-cı ilin xəritəsi ilə ayrılması və çəkilməsi qərarının heç bir hüquqi əsası yoxdur. Bu, daha çox hazırda regionda formalaşmış qüvvələr balansına əsaslandığı üçün çox mübahisəlidir.

Sərhədlərin ayrılması və demarkasiyası 1926-cı il xəritəsinə görə baş tutmasa, demarkasiya və delimitasiya prosesi qeyri-qanuni hesab olunacaq, mübahisəli olaraq qalacaq və regional sülh və sabitliyə gətirib çıxarmayacaq”.

Natiq Səlim,

KONKRET.az

  • Mais
    İyun 6, 2023 - 10:51

    Ə get vızqır ə düşük tulası…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*