ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin hakimiyyəti Tayvana hücum etməyəcək, çünki Pekin bunun mümkün nəticələrini yaxşı anlayır.
KONKRET.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Tramp deyib: “Çin lideri Si Cinpin bunu çox yaxşı anlayır”.
Trampın sözlərinə görə, Çin lideri müsahibə zamanı Tayvan məsələsini qaldırmayıb.
Jurnalistin “Status-kvo pozularsa, ABŞ hansı addımları atacaq?” sualına cavab olaraq Tramp bildirib ki, o, planlarını açıqlamaq niyyətində deyil.
Prezident əlavə edib ki, Çin mümkün addımlarının nəticələrini yaxşı dərk edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
