“Əgər ermənilər buna cəhd etsə və sülhməramlılar onların yolunu kəsməsə, əlbəyaxa dava baş verəcək” – Zərdüşt Əlizadəbackend

“Əgər ermənilər buna cəhd etsə və sülhməramlılar onların yolunu kəsməsə, əlbəyaxa dava baş verəcək” – Zərdüşt Əlizadə

Artıq 5-ci gündür ki, Şuşa-Xankəndi-Laçın yolunda azərbaycanlıların dinc aksiyası davam edir. Bu aksiya sözün əsl mənasında həm sülhməramlılara, həm də separatçılara torpağın əsl sahibinin kim olduğunu göstərir. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə azərbaycanlıların etirazları davam etdirəcəyini görən separatçılar isə Xankəndidə mitinq keçirməklə nəyəsə nail olmağa çalışırlar. Belə ki, Vardanyan Qarabağ ermənilərini mitinqə çağırıb. Söhbətin separatçılardan getdiyini nəzərə alsaq, onların azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə gəlməyə cəhd göstərəcəyi haqda ehtimallar böyükdür. Bəs bunun baş verməsi mümkündürmü?  

Mövzunu KONKRET.aza şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Xankəndidə ermənilər istədikləri qədər etiraz aksiyası və mitinq keçirə bilər: “Onların azərbaycanlı etirazçılarla toqquşması üçün mütləq bizim ekofəalların toplaşdığı Şuşa-Xankəndi-Laçın yoluna gəlməsi lazımdır. Əgər ermənilər buna cəhd göstərsələr və rus sülhməramlıları onların yolunu kəsməsə, o zaman əlbəyaxa dava baş verəcək. Hətta qan da tökülə bilər. Bunun nəticəsində zərbə ilk növbədə rus sülhməramlılarına dəyəcək. Çünki belə bir hadisənin baş verməsi sülhməramlıların vəzifəsini yerinə yetirə bilmədiyini dünyaya sübut edəcək. Bu ehtimalı ruslar çox gözəl anlayırlar. Ona görə də, rus sülhməramlıları Xankəndidəki ermənilərin mitinq keçirməsinə mane olmasa da, onların azərbaycanlılar toplaşan əraziyə gəlməsinin qarşısını mütləq alacaq. Odur ki, bu mitinqlərin yalnız informasiya təsiri ola bilər. Amma erməni separatçılarının azərbaycanlılar toplaşan əraziyə getmələrinə heç vaxt imkan verilməyəcək. Əgər həqiqətən toqquşma olsa, bu, sülhməramlıların iflasa uğradığını sübuta yetirəcək”.

Zərdüşt Əlizadə:“Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da....  çıxacaq”

Zərdüşt Əlizadə Şuşa-xankəndi-Laçın yolunda Azərbaycan vətəndaşlarının keçirdiyi dinc aksiyaya da münasibət bildirib: “Bu aksiyalar prinsip etibarı ilə müsbət dəyərləndirilməlidir. Aksiyalar prosesi izləyən xarici qüvvələrə də bir mesajdır. Onlar anlayırlar ki, Azərbaycan ermənilər yaşayan Qarabağ ərazisində öz nəzarətini təmin etmək məsələsində israrlı və qətiyyətlidir. Bu aksiya sübut edir ki, Azərbaycanın geri çəkilmək fikiri yoxdur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*