Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa…backend

Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa...

Mütəxəssislər D vitamini çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər. Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Məsud Arslan D vitamini çatışmazlığının uşaqlarda sümük problemlərinə səbəb ola biləcəyini açıqlayıb.

KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, D vitamini orqanizmin böyümə, inkişaf və immunitet sisteminin tənzimlənməsində mühüm rol oynayır. Lakin onun çatışmazlığı xüsusilə uşaqlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Doktor Arslan bildirib ki, D vitamini çatışmazlığı uşaqlarda raxit kimi xəstəliklərə yol aça bilər:

“Sümük sıxlığına mənfi təsir edərək böyümə və inkişafda geriləmələrə səbəb ola bilər. D vitamini günəş işığı ilə sintez edilən D3 forması olaraq bədəndə aktivləşir və qidalardan da əldə edilə bilər.

Somon, skumbriya, sardina, yumurta sarısı, süd və süd məhsulları kimi yağlı balıqlar D vitamininin zəngin qaynaqlarıdır. Bugünkü həyat şəraiti, qapalı məkanlarda daha çox vaxt keçirmək və qeyri-kafi qidalanma D vitamini çatışmazlığını artıran amillərdəndir. Bu çatışmazlıq təkcə uşaqlarda deyil, böyüklərdə də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

D vitamini çatışmazlığı tez-tez infeksiyalar, saç tökülməsi, sümük ağrısı, yorğunluq, depressiya və ürək xəstəlikləri kimi bir çox problemlər yaradır”.

Mütəxəssis vurğulayıb ki, D vitamini əlavələrinin qəbulu da nəzarətdə saxlanılmalıdır:

“Yüksək miqdarda D vitamini böyrək xəstəliklərinə və damar problemlərinə səbəb ola bilər. Ona görə də D vitamini müalicəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və uyğun müalicə dozası tətbiq edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*