ƏHALİNİN NƏZƏRİNƏ – Bu tarixdən hamı ucuz ev ala biləcəkbackend

ƏHALİNİN NƏZƏRİNƏ - Bu tarixdən hamı ucuz ev ala biləcək

Mənzil bazarında qiymət stabilləşsə də həyət və bağ evlərinə tələb çoxalıb. Araşdırmalara görə, fərdi evlərin və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 3.5 faiz artıb. 

Yaşayış binalarında tələb və qiymət dəyişməsə də, qeyri-yaşayış sahələrinə tələbin artması qeydə alınıb. Qeyri-yaşayış sahələrində qiymətdə 1.3 faiz aylıq artım qeydə alınıb. Yaşayış mənzillərinin kirayə qiymətləri cüzi – 0.7 % artasa da bağ evlərinin kirayə qiyməti 5.9 faiz yüksəlib.

KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri ilə bağlı ekspert Elnur Fərzəliyev bildirib ki, həyət və bağ evlərindəki qiymət artımı mövsümlə bağlıdır:

“Həyət evlərinin qiymətinin qalxması əsas olaraq, mövsümi xarakter daşıyır. Hər il yay aylarında həyət və bağ evlərinə, o cümlədən torpaq sahələrinə tələbat artır. Əslində buna birbaşa qiymət artımı demək düzgün olmaz, çünki hər qiymətə həyət evi var. Sadəcə, bəzi saytlarda daha bahalı evlərin satışı ilə bağlı elanlar daha çoxdur. Burada isə sənədli və sənədsiz evlər məsələsi önəm kəsb edir. Yəni çıxarışı olmayanlarda qiymət ucuz, olanlarda isə qiymətlər nisbətən bahadır. Bu ilin sonuna doğru sənədsiz evlərin çıxarışla təmin olunması əmlak bazarına müsbət təsir edəcək. Çünki eyni vaxtda bazara kütləvi şəkildə sənədli əmlaklar daxil olacaq. Bu gün həyət evlərinin əksəriyyətinin sənədi olmadığı üçün, onlar ipoteka predmetinə çevrilə bilmir. Amma sənədləşmə olandan sonra, artıq satışa 35-40 min manat dəyərində həyət evləri çıxır və vətəndaş bunu ipoteka krediti ilə alır. Bu isə öz növbəsində evsiz insanların ev problemini aradan qaldıracaq. Növbəti mərhələdə isə bazarda yaranacaq rəqabət mühiti evlərin qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”.

Ekspert hazırda əmlak bazarında ümumən durğunluğun olduğunu diqqətə çatdırıb:

“Hazırda əmlak bazarında çox ciddi durğunluq var. Amma mövsümi olaraq, həyət evlərinə tələbat daha çoxdur. Bina evlərinə tələbat əvvəlki aylara nisbətən daha azdır. Çünki qiymətlərdə kəskin artımlar var. Mənzillərə tələbat daha çox ipoteka kreditlərinin verildiyi vaxtlarda olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*