Əhaliyə XƏBƏRDARLIQ: İlin sonunda hava belə olacaqbackend

Əhaliyə XƏBƏRDARLIQ: İlin sonunda hava belə olacaq

Payızın ortalarına yaxınlaşdıqca havaların dəyişkənliyi və mümkün “soyuq sürprizlər”lə bağlı suallar aktuallaşır. Xüsusilə, son illərdə iqlimdə müşahidə olunan anomaliyalar, temperatur fərqləri və ya qarın gözləniləndən tez yağması cəmiyyətdə maraq doğurur. Bəs bu ilin sonuna doğru bizi necə hava şəraiti gözləyir? Qarın erkən yağma ehtimalı varmı?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizdə qış fəslinin iqlim xüsusiyyətlərinə görə əksər bölgələrdə, o cümlədən Abşeron yarımadasında hava adətən mülayim keçir. Lakin yanvar və fevral aylarında soyuq hava kütlələrinin təsiri nəticəsində şaxtalı və qarlı günlər müşahidə olunur.

Azərbaycanda kəskin istilər düşəcək? | KONKRET

Ekspertin sözlərinə görə, son dövrlərdə Günəş aktivliyinin dəyişməsi, El Nino və La Nina kimi iki əks iqlim cərəyanlarının təsiri, eləcə də ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması (atmosferin qaz və aerozol tərkibində dəyişikliklər, ətraf mühitə istilik emissiyalarının atılması, səthi strukturda dəyişikliklər və s.) bəzən hava şəraitində gözlənilməz anomaliyaların yaranmasına səbəb olur.

“Soyuq sürprizlərin olma ehtimalını artıran bu amillərin ilin sonuna doğru təsirini göstərməsi mümkündür. Yəni, bəzi meteoroloji kəmiyyətərin iqlim normasına görə tərəddüdü, qəfil soyuma və ya erkən qar ehtimalı istisna edilmir”, – deyə Cavid Hüseynov vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*