“Bacım oğlu Əhməd Əhmədov bu cinayəti tək törətməyib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.
O bildirib ki, bu cinayətlə bağlı şübhələri var:
“Bacımın, Elmira Əhmədovanın, Məhəmməd Əhmədovun meyitlərini gözümlə görmüşəm. Məni Elmira Əhmədovanın hüquqi varisi kimi təqdim edirlər. Amma mən Pikə Əhmədovanın bacısı, Elmira və Məhəmməd, Əhməd Əhmədovların xalasıyam.
Əhmədi anası ilə birgə böyütmüşəm. Xəstə olduğunu da danmıram. Amma bu cinayəti tək törətdiyinə inanmıram. Mən xala olaraq onun qəyyumu olmaq istəyirəm. Xəstə uşağın barmağını niyə sındırmısınız? Həkim axtarıram, tapılmır”. //Oxu.az