Keçmiş prezident Mahmud Əhmədinejadın İrandan çıxmasına icazə verilməyib və pasportu əlindən alınıb.
KONKRET.az xəbər verir ki, məlumatı Əhmədinejada yaxın Telegram kanalı yayıb.
Mahmud Əhmədinejad Qvatemalaya uçmazdan əvvəl İmam Xomeyni hava limanının təhlükəsizlik işçiləri onun pasportunu alaraq, ölkəni tərk etməsinə icazə verməyiblər.
Tasnim agentliyinin məlumatına görə, o, Qvatemaladakı vəziyyət və səfər zamanı təhlükəsizliyinə təhdidlər barədə əvvəlcədən məlumatlandırılıb. Ona səfərdən çəkinməsi ilə bağlı xəbərdarlıq edilib. Hazırda Qvatemalada İran səfirliyinin olmaması keçmiş prezident üçün səfəri riskli edir. Buna görə də, mümkün təhlükəsizlik risklərindən qaçmaq üçün Əhmədinejadın bu gün Qvatemalaya uçmasına icazə verilməyib.
“Siyasi mövqeyindən asılı olmayaraq, indiki və keçmiş dövlət məmurlarının hər birinin təhlükəsizlik aspektləri təhlükəsizlik orqanlarının diqqət yetirdiyi məsələlərdən biridir”, – məlumatda deyilir.
Burhan,
KONKRET.az