backend

Ehtiyatda 1 milyon doza vaksin var – Nazir müavini

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.

KONKRET.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:

“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.

Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımı qədər olduqca bu proses ən tez bir zamanda reallaşacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*