Dünən Xaçmaz rayonunda əkiz qardaşın öldüyü hadisənin bəzi təfərrüatları üzə çıxıb.
KONKRET.az xəbər verir ki, jurnalist Günel Musa hadisə bağlı paylaşım edib.
O, paylaşımında bəzi detalların üstünü açıb:
“Nabranda faciəvi şəkildə ölən Kamran – Orxan əkiz qardaşlarını lap körpəliyindən, 4- 5 yaşlarından tanıyıram. Gözümüzün qabağında böyümüş uşaqlardır. Mal-mülk üstündə bir-birini öldurəcək uşaqlar deyildi. Bir-birinə çox bağlı, bir-birini həmişə qoruyan qardaşlar idi. Mənim ağlıma heç cür yatmır bu necə baş verib? O qədər tərbiyəli, etikalı böyük-kiçik yeri bilən usaqlar idilər ki… 30 il məhəllədə heç kim onlardan iynənin ucu boyda olsun incimədi. Yeriniz cənnət olsun. Ananıza qovuşdunuz axır ki…” deyə jurnalist paylaşımında bildirib.
Xatırladaq ki, iyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar – Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
KONKRET.az