Ekvador prezidenti Daniel Noboanın korteji Kanýar əyalətində infrastruktur layihələrinin açılışı zamanı hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, rəsmilərin məlumatına görə, təxminən 500 nəfərlik etirazçı qrup prezident kortejini daşlayıb və atəş açıb.
Hadisə nəticəsində prezidentin və müşayiət edən şəxslərin təhlükəsizliyi üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Hücumla əlaqədar 5 nəfər saxlanılıb və onlara qarşı terrorizm ittihamı irəli sürülüb.
Hakimiyyət orqanları hadisəni dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təxribat kimi qiymətləndirir və istintaq davam edir.
![]()
Müşviq Tofiqoğlu
KONKRET.az