Ekvadorda daha bir siyasətçi GÜLLƏLƏNDİbackend

Ekvadorda daha bir siyasətçi GÜLLƏLƏNDİ

Ekvadorun Esmeraldas əyalətində “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones evinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentliyə namizəd Luis Qonzales bildirib.

Qonzalesin sözlərinə görə, hazırda Ekvador “ən qanlı dövr”ünü yaşayır, buna səbəb bacarıqsız hökumət və mafiyanın güclənməsidir.

Bundan əvvəl avqustun 9-da Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio paytaxt Kitoda keçirilən seçki mitinqindən sonra təhsil müəssisəsindən çıxarkən güllələnib.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*