Ekvadorda güclü zəlzələ – Ölənlər var / YENİLƏNİBbackend

Ekvadorda güclü zəlzələ - Ölənlər var / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

22:19

Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*