Elbrus dağında 5 rusiyalı alpinist öldübackend

Elbrus dağında 5 rusiyalı alpinist öldü

Elbrus dağında 5400 metr yüksəklikdə əlverişsiz hava şəraiti səbəbindən 19 nəfərdən ibarət alpinist qrupu çıxılmaz vəziyyətdə qalıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək üçün müraciət ediblər.

Axtarışlara 40 nəfər və 12 texniki vasitə cəlb olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alpinistlərdən 5-i həlak olub, 14-ü sağ tapılıb. Onlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, alpinist qrupunda əvvəlcə 23 nəfər olsa da, onlardan 4-ü dağa dırmanmaqdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*