Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib.
Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Nəticədə qurultayda qalmaqal yaşanıb və Fəzail Ağamalı istefa vermədiyini deyərək qurultayı təxirə salıb.
