Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? – AMEA-dan AÇIQLAMAbackend

Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan AÇIQLAMA

“AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur”.

Bu barədə AMEA-dan KONKRET.az-a daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir.

“Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.

E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*