Eldar Əzizov rəisi işdən çıxardı – YENİ TƏYİNATbackend

Eldar Əzizov rəisi işdən çıxardı - YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.

Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən “Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*