Eldar Həsənovun vəziyyəti kəskin şəkildə pisləşdi – Hospitala köçürüldübackend

Eldar Həsənovun vəziyyəti kəskin şəkildə pisləşdi - Hospitala köçürüldü

Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəziyyəti kəskin şəkildə pisləşib və o, DTX-nin hərbi hospitalına köçürülüb. 

KONKRET.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, son 20 gündə onun vertiqosu, hipertoniyası və digər xroniki xəstəlikləri irəliləyib:

“Məhkəmə iclaslarında o, tez-tez huşunu itirirdi.

Buna görə son vaxtlar məhkəmə iclaslarıda “təcili tibbi yardım” həkimləri iştirak edirdi. Həsənovun vəziyyətinə baxmayaraq, həftədə iki dəfə məhkəmə keçirilirdi. Müdafiə tərəfin iradları və xahişləri nəzərə alınmırdı.

Vəkil qeyd edib ki, Həsənov ixtisaslaşmış nevrocərrahiyyə xəstəxanasında müalicə almalıdır, bu barədə həkim rəyi də var. Amma bunun üçün məhkəmə qətimkan tədbirini dəyişdirməlidir”.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*