“Elə bil, körpənin əlinə boya vermisən ki, yolları xətlə”- Yeni zolaqlardan şikayət varbackend

"Elə bil, körpənin əlinə boya vermisən ki, yolları xətlə"- Yeni zolaqlardan şikayət var

Bir müddətdir Bakıda avtobus zolaqları, velosiped xətləri çəkilir. Hazırda yol infratrukturunun təkminləşdirilməsi məqsədilə digər işlər də həyata keçirilir.

Bu işlərin görülməsi bəzi sürücüləri razı salsa da, bəzilərinin şikayətlənməsinə səbəb olub.

Sürücülər yolun zolaqlara ayrılmasının yaratdığı problemlərdən şikayətçidirlər.

KONKRET.az xəbər verir ki, bu barədə sosial mediada videogörüntü yayılıb.

“Elə bil, körpə uşağa boya vermisən ki, dur Bakının küçələrini xətlə. Soldan velosiped yolu, ortada avtomobil, sağda avtobus, onun yanında isə parklanma xətti çəkilib. Avtobus zolağına girmək cərimədir. Amma parklanmaya keçmək istəyən adamın avtomobili haradan keçirməlidir, bilinmir. Məcbursan ki, boş yer görsən, düz xətti kəsib avtobus zolağı ilə parklanmaya keçəsən. Bu zaman da yenə cərimə yazılır. Bəs biz nə edək?”, – videoda qeyd olunub.

Ətraflı videogörüntünü təqdim edirik:

Aygün, 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*