Elə etməliyik ki, Ermənistanda hakimiyyətə normal insanlar gəlsin.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “RT” telekanalının baş redaktoru Marqarita Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti açıq-aşkar anti-Rusiya hücumları həyata keçirir:
“Ermənistan hakimiyyəti Ermənistanın maraqlarına tüpürür, Rusiyaya tüpürür. Onlar bizim istiqamətdə açıq-aşkar anti-Rusiya hücumları edir, NATO ilə hərbi təlimlər keçirir. Niyə biz onlara kömək etməliyik? Biz hər şeyi etməliyik ki, Ermənistanda hakimiyyətə normal insanlar gəlsin”.
Natiq Səlim,
KONKRET.az