“Əli Əliyev çoxdan həbs edilməli idi” – Partiya funksionerindən AÇIQLAMAbackend

"Əli Əliyev çoxdan həbs edilməli idi" - Partiya funksionerindən AÇIQLAMA

“Azərbaycan cəmiyyəti həqiqətən çox böyük təhlükənin içindədir. Çünki bizim üçün ən təhlükəli məsələlərdən biri məhz özlərini müxalifət deyə xalqa sırımış bəzi şəxslərin iç üzləridir. Bəli, Azərbaycanda sağlam müxalifət var. Amma əmin olun ki, Əli Əliyev və onun kimilər o siyahıya aid edilə bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Gələcək Azərbaycan Partiyasının (GAP) funksioneri Aslan Həmidli səsləndirib.  “Xalqımıza özünü “müxalifət” deyə sırımaq istəyən şəxsin sonunun belə olacağı bəlli idi”, – deyən A.Həmidlinin fikrincə, Ə.Əliyev çoxdan həbs edilməli idi.

“Hər kəs özünü yığışdırsın. Müxalifət donuna girərək xalqımız üzərindən alver edən hər kəsin sonu belə olacaq. Növbəti həbs ediləcək “müxalifətçi” ölkənin hansısa dövlət komitəsini şantaj edib, pul alan partiya sədri olmalıdı. Azərbaycan siyasi arenasında Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Əli Əliyev və sairə bu kimi şəxslər istər keçmişdə, istərsə də indiki dövrdə xalqımızın üzərindən öz siyasi alverlərini həyata keçiriblər. Məgər Cəmil Həsənlinin hansı yolla parlamentdə təmsil olunduğunu bilmirikmi? İndi yeni siyasi xətt yaranıb. Yeni xətt dedikdə hansısa siyasi məsələlər deyil, məhz müxalifət kölgəsində gizlənərək bu şəxslər şantaj yolunu seçiblər. Necə ki, rekert jurnalistlər olduğu kimi, rekert partiya sədrləri də günü-gündən artır. Əlbəttə ki, bu ölkəmiz və cəmiyyətimiz üçün birmənalı problemdir. Güya bu şəxslər vətəndaşların mövqeyindən çıxış edirlər. Halbuki bağlı qapılar arxasında min oyundan çıxırlar. Hansısa məmuru xalq və dövlət naminə tənqid etmirlər. Şantaj edib pul almaq üçün bu yolu tutanların hamısının sonu həbsdir! Hesab edirəm ki, zamanla hər şey üzə çıxacaq. Bu xalqı illərcə özlərinə müxalif deyən AXCP-Müsavat cütlüyü aldadıb. İndi də bu şəxslərin aldatmasına icazə verməyəcəyik!”

  • səbuhi
    Yanvar 13, 2022 - 20:48

    Sabun məsələsi.

səbuhi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*