Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı oldu – YENİLƏNİBbackend

Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı oldu - YENİLƏNİB

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Bu barədə KONKRET.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.

***

 16:52
Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.

Qeyd edək ki, Ə.Smailov yanvarın 11-də Qazaxıstanın Baş naziri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*