“Əli Əsədovun, Samir Şərifovun yerinə danışırsan, üzr istə” – Abbaslıdan İlqar Məmmədova SƏRT TƏNQİDbackend

"Əli Əsədovun, Samir Şərifovun yerinə danışırsan, üzr istə" - Abbaslıdan İlqar Məmmədova SƏRT TƏNQİD

Azərbaycanda uşaqpulunun verilməsi məsələsi ilə bağlı siyasətçilərin söz davası davam edir.

KONKRET.az xəbər verir ki, bu dəfə də Ağ Partiyanın başqanı Tural Abbaslı REAL sədri İlqar Məmmədovu uşaqpulu məsələsi ilə bağlı statuslarına görə sərt tənqid edib.

Müsavat TV-nin onlayn efirində qonaq olan Ağ Partiya sədri İlqar Məmmədovu hədəf alıb və onu hökümət nümayəndələrinin yerinə danışmaqda ittiham edib:

“Əks nəsə deyənlər üçün deyirlər ki, populist çıxışlardır, niyə siz bu gün Əli Əsədovun, Samir Şərifovun yerinə danışırsınız? Siz özünüzü müxalifət adlandırmırsınızmı? Niyə deyirsiniz ki, uşaqpulu verməyin? Birinciyə verək, üçüncüyə verək və.s Sən kimsən, get otur statuslarını yaz, sonra da üzr istə. Uşaqpulu verilməlidir və onun kifayət qədər mənbələri var. Hesablayır ki, 1 milyon uşağa ayda 100 manat verəndə ildə 1milyard pul edir. Adam vurmanı bilmir ki, bir ildə 12 ay var. Dünənə qədər laykları ilə fəxr ediblər, indi də populizm fikrini ortalığa atıblar”-deyə partiya sədri vurğulayıb.

Verilişin davamında REAL partiyasının funksioneri Natiq Cəfərli efirə qoşulub və əslində populist fikirləri qarşı tərəfin səsləndirdiyini, əsl bunun hökumətə yarınmaq olduğunu bildirib:

“Əgər hakimiyyətə yarınmaq fikrimiz olsaydı, başqa cür deyərdik. Biz hakimiyyətdən tələb edirik ki, təkliflərimizə cavab versin. Ortalığa bu günə kimi boşboğazlıqdan başqa heç nə qoyulmayıb. Sxem verdik ki, doğulan uşaqlara 100 manat pul verilsin. Gələn ilin büdcəsində bu qaydalarla bağlı sxem olsun. Təqribi hesablamalara görə, 1 milyarda yaxın vəsaitin gələn ildən uşaqpuluyla bağlı ayrılmasını tələb edirik. Hökumətə yarınmaq nə deməkdir axı? Biz də Tural bəy kimi populistcəsinə çıxış etsəydik, deyərdik ki, hər bir uşağa 300 manat verilsin, hamıya maşın, ikiotaqlı mənzil verilsin. Əslində belə populist çıxışlar hökumətə yarınmaqdır. Onların əlinə girəvə düşür ki, bu cür çıxışlara qeyri- ciddidir deyib reaksiya verməsin. Bizim təklifimiz isə ciddi, əsaslandırılmış və rəqəmlərə söykənən təklifdir. Parlamentdə də bu məsələni rəsmi şəkildə qaldıracağıq və hökumətdən tələb edəcəyik ki, bunlarla bağlı öz fikrini bildirsin. Heç kim uşaqpulunun verilməsinin əleyhinə deyil axı. Biz sadəcə məsələnin daha peşəkarcasına həlli üçün çalışırıq”.

 

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*