Əli Həsənov səhhəti ilə bağlı xəbərlərə münasibət bildirmək istəmədibackend

Əli Həsənov səhhəti ilə bağlı xəbərlərə münasibət bildirmək istəmədi

“Partiya qurultayında qəbul edilən qərarlar üzvlər üçün məcburi xarakter daşıyır”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, YAP-ın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi partiya qurultayının səlahiyyətinə daxildir: “Qurultay partiyanın ali orqanıdır və onun səlahiyyətlərinə heç kim qarışa bilməz. Üzvlər qurultayın verəcəyi bu və ya digər qərarlara tabe olacaq. Ümumiyyətlə isə, YAP-ın növbəti qurultayı ilə bağlı heç bir məlumatım yoxdur”.

O, səhhəti ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirmək istəməyib.

Qeyd: Martın 5-də YAP-ın növbədənkənar qurultayı keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*