Əli Kərimli üzr istəməli, Sevinc Osmanqızı “Bravo, Müzəffər” deməli, Qabil də qulağını kəsməlidir…backend

Əli Kərimli üzr istəməli, Sevinc Osmanqızı “Bravo, Müzəffər” deməli, Qabil də qulağını kəsməlidir…

2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk edir.

Razılaşmaya görə, sülhməramlı kontingent 2025-ci ilə qədər bölgədə qalmalı idi. Bu müddətin başa çatmasına bir il qalmış artıq onlar gedirlər. Bu, Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində son mərhələdir. Artıq öz ərazilərimizə tamamilə özümüz nəzarət edirik.

Sülhməramlıların vaxtından əvvəl çıxması, ümumiyyətlə, çıxması Azərbaycan xalqını sevindirsə də ölkədə bundan kədərlənənlər də var. Radikal müxalifət və onların çevrəsindən ibarət olan bu qrup 10 noyabr razılaşmasından etibarən 44 günük müharibədə qazandığımız zəfəri kölgələmək üçün “rus ordusu Azərbaycana yerləşdirildi”, “rus ordusu Qarabağdan çıxmayacaq”, hətta “Qarabağ ruslara satıldı” kimi absurd iddialar irəli sürürdü.

Radikal müxalifətin başçısı kimi çıxış edən Əli Kərimli Azərbaycan hakimiyyətini “Rusiya ordusunu ölkəyə gətirməkdə” ittiham edir, onların heç vaxt getməyəcəyini bildirirdi.

Əli Kərimli iddia edirdi ki, “Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarına status verməyə hazırlaşır”. Daha sonra “Rusiyaya hərbi baza veriləcəyi” kimi iddialar da tirajladı. Əli Kərimlinin bütün iddiaları və “proqnozları” alt-üst oldu. Rusiya sülhməramlılarına status verilmədi, sülhməramlı kontingent Qarabağı tərk etdi.

İndi Əli Kərimli bütün bu iddialarına görə üzr istəməlidir!

Sevinc Osmanqızı isə bir qədər də irəli gedərək, “Rusiya qoşunları girdikləri yerdən çıxmır” kimi arrumentlərə söykənərək, Qarabağdan da çıxmayacaqlarını bildirirdi. Onun ifşa olunduğu məşhur videosu var. Osmanqızı deyir: “Rusiya heç vaxt ölkəmizdən çıxamayacaq. Bunu demək yalandır. Yaşayarıq görərik, 2025-ci ilə az qalıb. 2025-ci ildə İlham Əliyev rus qoşunlarını ölkəmizdən çıxaracaqsa, mən ona “Bravo”, “Müzəffər” deyəcəm. Amma bu olmayacaq. Rusiyanı Moldovadan, Gürcüstandan, hətta Ermənistandan çıxaracaqlar. Amma Azərbaycandan çıxarmayacaqalar”.

Amma cənab İlham Əliyev Rusiya sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxardı, heç 2025-ci ili gözləmədi. İndi Sevinc Osmanqızı bütün iddialarına və ittihamlarına görə üzr istəməli, Prezident İlham Əliyevə “Bravo, “Müzəffər” deməlidir.

Əli Kərimli və Sevinc Osmanqızından sonra onların tayı olan Qabil Məmmədov da hər iki qulağını kəsməlidir.

Xeyr, bunu biz demirik, özü deyir. 44 günlük müharibə getdiyi vaxt Qabil Məmmədov canlı yayıma çıxaraq bəyan etdi ki, “İlham Əliyev bir rayonu alarsa, qulağımızın birini kəsməsəm, tay qulaq gəzməsəm, kişi deyiləm”.

Azərbaycan dövləti bir rayonu yox, bütün torpaqlarını aldı, Qabil Məmmədovun qulağı hələ də yerindədir. Daha sonra o, sülhməramlıların Qarabağdan çıxarılmayacağını, həmişəlik qalacağı deməyə başladı. Bu “proqnozu” da tutmadı. İndi Qabil Məmmədov qulağının hər ikisini kəsməlidir.

Azərbaycanın zəfərini kölgələmək üçün hər şeyə əl atan, hətta özlərini belə “mərcə” qoyan “söyüş müxalifəti” və radikallar ümumiyyətlə, səslərini kəsməli, susmalıdır! (Musavat.com)

 

  • Haller
    Aprel 19, 2024 - 15:27

    Sen ne “com” san bilmirem,amma hele telesme…gor neler olur, o zaman sen uzr istemeli olacaqsan…bax gor

  • Гасанли
    Aprel 20, 2024 - 10:10

    Bu səviyyəsiz məddahlıq edən kəs millətimizdən üzr istəməlidir. İlham Əliyev özbaşına urus düşmənini Qarabağa gətirdiyinə görə Azər xalqının qarşısında düz çökərək üzr istəməlidir. Urus işğalçıları Azərbaycandan Azər xalqının qəzəbi, qardaş Türkiyənin yardımı çıxarmışdır. İlham Əliyev, taladığın yüzlərcə milyard dollarımızı qaytar və rədd ol. Yetər diktatura, bizə milli iqtidar lazımdır. Azər Həsənli. Azərbaycan. 20.04.2024

  • Cavid
    Aprel 20, 2024 - 10:49

    Siz peşkaların gədə güdəlırin fikirlərini niye deyirsiz.
    Əli kərimli gündəmdə qalmaqçün bunları deyir.
    Osmanqızı dedizdirən qüvələr var.
    Qabildə )). Onu müxalif deyib yazırsız bu çoc gülmılidir.onu bütün azərbaycan klon kimi və çıxın çəkliş edin vətındaşlar arasında bir nəfər belə olsa onu adam yerinə qoyub sözünə əhimmət versə nə istəyirsiz deyin.
    *Bütün bu dediklərimi* hər kəş çox gözəl bilir.bunalr sadəcə bir p…x milçəyidirlər ürək bulandırmaqdan basqa bir sey edə bilməzlər.
    Yaşasın ali baş komandan cəsab İlham Əliyev. azad bütöv Azərbaycan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*