Əli Kərimlinin müavini sərbəst buraxıldıbackend

Əli Kərimlinin müavini sərbəst buraxıldı

AXCP-nin İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, A.Məhərrəmov barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

KONKRET.az DİN-in yaydığı məlumata istinadən xəbər verir ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı DİN-ə müraciət daxil olub: “Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. Fakt üzrə araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*