Əli Məhərrəmli: “İran başda olmaqla bütün dünya Rusiyanın ölümünü gözləyir”backend

Əli Məhərrəmli: "İran başda olmaqla bütün dünya Rusiyanın ölümünü gözləyir"

Yayılan xəbərə görə, İran Azərbaycanla sərhəddə qoşun yığır.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Əli Məhərrəmli Facebook hesabında maraqlı mövqe bildirib.

“Cek Londonun “Həyat eşqi” əsərində bir epizod var. Yolboyu xəstə və yaşlı qurd əsərin qəhrəmanını izləyir, hücum etməyə gücü çatmadığı üçün ölümünü gözləyir ki, onu yesin. Eyni ilə taqətsiz olan əsərin adsız qəhrəmanı da gözləyir ki, canavar canını tapşırsın ki, ətini yesin…

Rusiya Ukrayna torpaqlarında gözlənilməz sürprizlərlə üzləşib və məğlub olur. İndi bütün dünya Rusiyanın ölümünü gözləyir ki, hərə bir tikə qoparsın, o cümlədən İran.
Tarixən İran Rusiyadan qorxduğu üçün Qafqazda güc tətbiqindən çəkinib. Yadınıza gəlirsə, bir neçə ay əvvəl Azərbaycanla sərhəddə əzələ nümayiş etdirən İran Lavrovun xəbərdarlığından sonra səsini kəsdi.

Deyəcəksiniz ki, dünənə kimi Rusiyanın imperializm siyasəti əleyhinə danışan Əli Məhərrəmli mövqeyini dəyişib. Xeyr, şərtlər, siyasi konyuktur və geosiyasi vəziyyət dəyişib. Məğlub və təklənmiş Rusiya özü üçün nəfəs arteriyası axtarır. Türkiyə və Azərbaycan onun üçün indi əvvəlki müttəfiqlərindən daha çox həyati önəm daşıyır.

Ermənistan isə kobud desək yaşlı məmura məşuqəlik etmiş pavilyon müğənnisi kimi artıq Rusiyaya lazım olmadığını anlayır və Qərbə pənah aparmaqdan başqa çarəsi yoxdur.

Yaşadığımız bölgədə gərginlik durmadan artır. Yəni biz istəsək də, istəməsək də qlobal oyunçuların toqquşmasının qarşısını ala bilmərik.

Azərbaycan bu həssas tarixi dönəmdə az riskli ehtiyatlı addımlar atır. Önəmli olan doğru cəbhəni seçib, sonunda qaliblər sırasında olmaqdır… Tarix qalibləri mühakimə etmir”, – deyə o yazıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*