“Əli və Nino” əsəri ilə bağlı gerçəklər ortaya çıxdı – VİDEObackend

“Əli və Nino” əsəri ilə bağlı gerçəklər ortaya çıxdı - VİDEO

Çəkiliş qrupu yazıçının ömrünün son 4 ilini keçirtdiyi İtaliyanın Pozitano şəhərində olarkən şəxsi mənzilindəki arxivini, həmçinin yaxınlıqda yerləşən məzarını lentə almağa nail olublar. Bununla yanaşı, Almaniyanın Berlin, Frankfurt və Köln şəhərlərində tədqiqatçılarla görüşüb, Berlindəki evini də ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, verilişdə tədqiqatçılar Qurban Səidin müəllif hüquqlarının pozulduğu, mənimsənilməsinə cəhd edilən əsərlərindən söz açaraq sübutlar təqdim ediblər. Yaradıcı heyətin Avropa və Amerika arxivlərindən əldə etdiyi faktlar sayəsində isə Məhəmməd Əsəd bəyin Qurban Səid imzası ilə yazdığı və eyni zamanda “Əli və Nino” əsəri ilə bağlı doğrular aşkara çıxıb.

Müəllif-aparıcı Hüseyn Cavadzadə verilişlə bağlı açıqlamasında bildirib ki, Qurban Səid məsələsi onun üçün ən həssas və yaralı mövzulardan biridir: “Hələ magistraturada oxuyarkən onun həyat və yaradıcılığını elmi iş kimi araşdırıb təqdim etmək istəsəm də, mümkün olmadı. Elmi rəhbərim, Qurban Səid mövzusunun araşdırmaçısı professor Həsən Quliyev mənə dəstək olmağa çalışsa da, icazə verilmədi. Amma 15 il sonra daha geniş formatda, sübutlarla, sənədlərlə Qurban Səid mövzusunu işlədim. Sözsüz ki, Qurban Səid imzasının Çəmənzəminli, yoxsa Məhəmməd Əsəd bəyə aid olması ilə bağlı apardığım araşdırma və fikirlər də verilişdə öz əksini tapıb”.

Qeyd edək ki, veriliş Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*