“Əlini mənə ver, dostum”  – Azərbaycanda maraqlı layihəbackend

"Əlini mənə ver, dostum"  - Azərbaycanda maraqlı layihə

Bakıdakı 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Uşaq Bərpa Mərkəzində tədbir təşkil olunub.Baş həkim Şaban Eyvazov belə tədbirlərin keçirilməsinin, bu tipli görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açıb.
“Vokal” , “Çiçəyim”, “Mahnı teatrı”, “Milli rəqs” kimi dərnəklərin üzvləri ifa etdikləri mahnıları və göstərdikləri səhnəciklərlə əlil uşaqların sevincinə səbəb olublar. UGİ mərkəzinin kollektivi  – Səfərli Orxan, Rəna Kərimova, Gülnarə Qurbanova, İradə Cabbarova, Samirə Səfərlinin iştirak etdiyi bu tədbir dərnək üzvləri ilə yanaşı , qonaq olduqları Uşaq Bərpa Mərkəzinin kollektivi tərəfindən də xoş qarşılanıb. Dərnək üzvlərinin həvəslə təqdim etdikləri bir-birindən maraqlı səhnələr digər uşaqların sevincinə səbəb olub.
İfa etdikləri musiqilərin sədaları altında rəqs etdikləri, əyləndikləri həmyaşıdları ilə qısa müddət ərzində dost ola biliblər. Öz təəssüratlarını birlikdə bölüşən kollektiv nümayəndələri bu cür tədbirlərin təşkili və mütəmadiliyi üçün növbəti görüşlərin olmasının vacibliyini qeyd ediblər. Həmçinin, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti  “Əlini mənə ver, dostum”  adlı layihənin mahiyyətindən, tədbirin uşaqlarda yarada biləcəyi təəssüratlardan, onlara nə kimi müsbət təsirin ola biləcəyindən, əlil uşaqların özlərini cəmiyyətdə təcrid hiss etməmələri üçün mühitin onlara olan müsbət diqqətindən danışıb.
O, nitqində uşaqlara göstərilən diqqət və qayğının hər zaman olmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, konsert proqramından sonra 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən Bərpa Mərkəzində müalicə olunan uşaqların hər birinə hədiyyələr təqdim edilib.
Tədbirin sonunda baş həkim Şaban Eyvazov belə bir tədbirin təşkilinə, təşəbbüsünə görə, 3  nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinə öz təşəkkürünü bildirib.
Aliyə Əsədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*