Əliyar Ağayev “Mançester Siti”nin oyununda penalti təyin etdi – VİDEObackend

Əliyar Ağayev “Mançester Siti”nin oyununda penalti təyin etdi - VİDEO

Çempionlar Liqasında daha bir qrupda mübarizə başa çatıb. 

KONRET.az xəbər verir ki, G qrupunda sonuncu – VI turun oyunları keçirilib.

“Mançester Siti” səfərdə “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub edib.

Belqraddakı qarşılaşmanı idarə edən azərbaycanlı hakim Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 1 oyunçusuna sarı vərəqə göstərib.

Ağayev 85-ci dəqiqədə Serbiya təmsilçisinin qapısına penalti təyin edib ki, bu da ingilislərin 3-cü qolu vurmaları ilə nəticələnib.

Qrupun digər oyununda “Leypsiq” evdə “Yanq Boyz”u 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Mançester Siti” 18, “Leypsiq” 12 xalla 1/8 finala yüksəlib. “Yanq Boyz” 4 xalla Avropa Liqasının pley-offuna yollanıb, aktivinə 1 xal yazdıran “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*